Formula-1 Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşündə “Mercedes”in pilotu fərqlənib
Bakı, 24 iyun, AZƏRTAC
Formula-1 Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşü başa çatıb.
AZƏRTAC xəbər verir ki, “Mercedes” komandasının pilotu Valterri Bottas 1 dəqiqə 42.742 saniyəlik nəticə ilə bütün rəqiblərini qabaqlayaraq birinci olub.
Kimi Raykkonen (“Ferrari”) ikinci, Luis Hemilton (“Mercedes”) isə üçüncü yeri tutub.