Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin qalibi: Biz əla nəticələr əldə edirik
Bakı, 28 aprel, AZƏRTAC
Pouldan start götürən Valtteri Bottas (“Mercedes”) Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin qalibi oldu və şəxsi hesabda liderliyi yenidən ələ aldı.
AZƏRTAC xəbər verir ki, Valtteri Botas deyib: “Hərçənd liderlər qrupunda o qədər də çox hadisə baş vermirdi, amma yürüş mürəkkəb idi. Axı Luis daim mənə pressinq göstərirdi. Mən səhv edə bilməzdim və vəziyyəti daim nəzarət altında saxladım. Şadam ki, dama-dama bayrağı gördüm və finişə birinci çatdım.
Bu uğur bizim üçün çox əhəmiyyətlidir. Komanda əla nəticələr əldə edir. Mən həmişə komanda yoldaşlarıma deyirəm: fəxr edirəm ki, bu komandada çıxış edirəm. Biz hamımız əla işləyirik. Mənim beşinci dəfə qələbə qazanmağım əladır. Hər şey möhtəşəm şəkildə davam edir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]