Formula 2: Canluka Petekofu Bakıda Matteo Nannini əvəz edəcək
Bakı, 3 iyun, AZƏRTAC
Bu yaxınlarda Canluka Petekof Formula 2 çempionatının “Campos Racing” komandasından getməsi barədə elan edib. Lakin tezliklə onu əvəz edən tapılıb. Bakı mərhələsində sükan arxasına 17 yaşlı italiyalı Matteo Nannini - Formula 1-in sabiq pilotu Alessandro Nannininin qardaşı oğlu əyləşəcək.
AZƏRTAC xəbər verir ki, Matteo Nannini bu il əsas sponsoru - İtaliyanın “Celli S.p.A” şirkəti onu dəstəkləyənədək Formula 2 çempionatında “HWA Racelab” komandasının heyətində çıxış edib. Sonra o, “Campos”dan dəvət alana qədər Formula 3 yarışlarında iştirak edib. Nannininin “Campos”la kontraktı yalnız bir mərhələni əhatə edir.
Matteo Nannini özü bu barədə deyib: “Campos Racing”də mənə belə fürsət yaratdıqlarına görə çox şadam. Mənim Adrian Kamposla səmimi münasibətlərim olub, o, komandasında mənim çıxışımı istəyirdi və qarşıdakı uik-enddə bu, reallığa çevriləcək. Ümidvaram ki, Adrian Kamposun ruhu şad olacaq. Mən trasda əlimdən gələni edəcəyəm. Bir daha Kampos ailəsinə təşəkkürümü bildirirəm”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2025 [20:46]
Bakıda Formula 1 həyəcanı – FOTOREPORTAJ
- 21.09.2025 [16:41]
Maks Ferstappen Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olub
- 21.09.2025 [08:00]
Bu gün Formula 1 Azərbaycan Qran-Prisinin qalibi məlum olacaq
- 20.09.2025 [13:53]
Formula 1: “McLaren”in pilotu üçüncü sərbəst yürüşün qalibi olub
- 19.09.2025 [21:49]
Formula 1 Azərbaycan Qran-Prisinin zərif “iştirakçısı”
- 19.09.2025 [18:09]
Formula 1 Azərbaycan Qran-Prisinin kuboku “Odlar Yurdu”na həsr olunub
- 19.09.2025 [17:06]