Fransa təmsilçisi: azarkeşlərin dəstəyi gimnastları daha da həvəsləndirir
Bakı, 28 aprel, AZƏRTAC
Bakıda keçirilən dünya kubokunda çıxışımdan razı qalsam da, üzərimdə daha çox işləməli olduğumu bilirəm. Bu il bizim üçün ciddi sınaq illərindən biridir. Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışlar keçirilir. Qarşıda böyük planlar var. İki həftədən sonra Bakıda Avropa çempionatı da keçiriləcək. Son illər gimnastikada rəqabət xeyli yüksəlib. Ona görə də məşqləri intensiv davam etdirib hərəkətlərin icrasında daha dəqiq olmağa çalışacağam.
Bu sözləri Bakıda keçirilən bədii gimnastika üzrə dünya kubokunda Fransanı təmsil edən Kseniya Moustafayeva AZƏRTAC-a müsahibəsində bildirib.
Yarışlarda azarkeşlərin fəal dəstəyinin diqqətəlayiq olduğunu vurğulayan atlet deyib: “Belə nüfuzlu yarışlarda azarkeş dəstəyi çox vacibdir. Milli Gimnastika Arenasında azarkeşlərin dəstəyi xüsusilə diqqətəlayiqdir. Onlar turnirin keçirildiyi üç gün ərzində fəal dəstək verməklə gimnastları daha da həvəsləndirirlər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]