FRANSADA BİR MİLYON AVRO OĞURLANMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri Fransadan xəbər verir ki, ağır silahlarla silahlanmış 8-10 nəfərdən ibarət maskalı cinayətkar dəstə Marseldəki bankların birindən iki milyon avronu SUFR şirkətinə aparan iki zirehli maşın karvanına basqın etmişdir. Cinayətkarlar maşınlara atəş açaraq onları müşayiət edən nəzarətçiləri qısa vaxtda tərksilah etmişlər. Onlar ancaq bir maşındakı pulu - bir milyon avronu götürməyə macal tapmışlar. Hadisədən xəbər tutan Fransa polisinin banditizmlə mübarizə briqadasının gəlməsi onların ikinci maşına “əl gəzdirməsinə” imkan verməmişdir. Hadisə zamanı ölən və yaralanan olmamışdır.
Bir necə il əvvəl yenə bu şirkətə məxsus külli miqdarda vəsaitin oğurlandığını bildirən polis cinayətə əvvəlcədən xüsusi hazırlıq görüldüyünü bəyan etmişdir.
Maraqlıdır ki, cinayət magistral yolda, maşınların gur hərəkəti vaxtı baş versə də, bu hadisə heç kimin diqqətini cəlb etməmişdir.
Polisin axtarışları hələlik heç bir nəticə verməmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]