Fransada daha bir muzeyi qarət ediblər
Bakı, 22 oktyabr, AZƏRTAC
Naməlum şəxslər Yuxarı Marna departamentinin Lanqra şəhərində fransız yazıçısı və filosofunun adını daşıyan “Deni Didro Təhsil Evi”ni qarət ediblər. Hadisə Luvrda baş verən oğurluqla bağlı insidentdən cəmi bir neçə saat sonra baş verib.
AZƏRTAC xəbər verir ki, “France Info” radiostansiyası şəhər meriyasının insidentlə bağlı sözlərini efirə verib: “Hüquq-mühafizə orqanlarının əməkdaşları həyəcan siqnalı ilə dərhal ayağa qaldırılıb və hadisə yerinə gediblər. İlkin müşahidələrə görə, muzeyin eksponatlarının bir hissəsi yoxa çıxıb”.
Naməlum qarətçilər XVIII-XIX əsrlər arasında zərb edilmiş qızıl və gümüş sikkələrdən ibarət kolleksiyanı oğurlayıblar. Digər eksponatlara ziyan dəyməyib. Faktla bağlı araşdırma aparılır.
İddialara görə, oğrular oktyabrın 19-dan 20-nə keçən gecə muzeyə daxil olublar. Giriş qapısı qırılıb və vitrin sındırılıb. Hazırda muzey ictimaiyyət üçün bağlıdır.
Fransa Daxili İşlər Nazirliyi muzeylər və mədəni irs obyektləri ətrafında təhlükəsizlik tədbirlərinin dərhal gücləndirildiyini elan edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
- 06.06.2026 [13:27]
PUA hücumu nəticəsində Livan generalı ölüb
- 06.06.2026 [12:53]
Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]