Fransada keçiriləcək ikinci Avtoidman Oyunlarının proqramına 18 müxtəlif yürüş seriyası daxil ediləcək
Bakı, 27 dekabr, AZƏRTAC
Gələn ilin payızında Fransada ikinci Avtoidman Oyunları keçiriləcək.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, oyunların proqramına 18 müxtəlif yürüş seriyası daxil ediləcək.
Oyunların əvvəlcə 2020-ci il oktyabrın 23-dən 25-dək Marsel şəhərindəki Pol-Rikar trasında keçirilməsi nəzərdə tutulsa da, həmin vaxt yarış koronavirus pandemiyasına görə təxirə salınmışdı.
İlk Avtoidman Oyunlarına 2019-cu ilin noyabrında İtaliya ev sahibliyi edib. Romanın yaxınlığındakı Vallelunqa trasında baş tutan yarışlarda Rusiya komanda hesabında birinci olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]