Fransada səhiyyə həmkarlar ittifaqları tətil elan ediblər
Paris, 3 noyabr, AZƏRTAC
Fransada səhiyyə sektorunun 4 əsas həmkarlar ittifaqı (CGT, FO, Sud və Unsa) 2025-ci ildə səhiyyə büdcəsinin azaldılmasına etiraz olaraq, noyabrın 4-dən dekabrın 21-dək tətil elan edib.
AZƏRTAC xəbər verir ki, Fransada dövlət büdcəsinin böhranı bütün sahələrdə olduğu kimi, səhiyyə sektorunda da böyük etiraza səbəb olub. Xəstəxanalarda çarpayıların ləğv edilməsindən narazı olan insanlar büdcə problemi ilə üzləşiblər.
Fransa Xəstəxana Federasiyasına (FHF, dövlət sektoru) görə, xəstəxana sektoruna ayrılan səhiyyə xərclərinin artımı +3,1 faiz ilə məhdudlaşacaq, halbuki bu rəqəm real ehtiyac olan +6 faiz səviyyəsindən çox uzaqdır. Tibb işçiləri getdikcə daha çox mütəxəssisin xəstəxanadan qaçmasına səbəb olan xəstələr üçün çarpayı yerlərinin azaldılmasını tənqid edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]