Fransada şənbə nümayişləri zamanı 62 polis əməkdaşı xəsarət alıb
Bakı, 29 noyabr, AZƏRTAC
Fransada “Qlobal təhlükəsizlik barədə” qanun layihəsinin əleyhinə şənbə günü davam edən nümayişlər zamanı təhlükəsizlik qüvvələrinin azı 62 əməkdaşı xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Fransanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Qurumun məlumatına əsasən, 23 polis Parisdə keçirilən etiraz aksiyasının gedişində, digərləri isə əyalətlərdə yaralanıb. Eyni zamanda, hüquq-mühafizə orqanlarının əməkdaşları iğtişaşlarda iştirak edən 80-dən çox şəxsi saxlayıb.
Həmçinin iğtişaşlar zamanı suriyalı fotoqraf Əmir əl-Halbi başından zədə alıb. Beynəlxalq “Sərhədsiz reportyorlar” təşkilatının Baş katibi Kristof Deluar polisin 24 yaşlı fotomüxbirə qarşı zorakılığını qınayıb.
Noyabrın 28-də Fransanın 70 şəhərində polis əməkdaşlarının və jandarmın foto və videosunu çəkməyi qadağan edən “Qlobal təhlükəsizlik barədə” qanun layihəsi əleyhinə etiraz aksiyaları keçirilib. Kütləvi aksiyalar jurnalistlərin həmkarlar ittifaqı, İnsan Hüquqlarının Müdafiəsi Liqası və digər ictimai birliklər tərəfindən təşkil edilib.
Rəsmi məlumata əsasən, “Silahları endirin ki, biz də kameraları endirək!” şüarı altında keçirilən etiraz yürüşləri 133 min insanı bir araya gətirib. Nümayişlər bir çox şəhərdə iğtişaşlarla müşayiət olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
- 20.09.2026 [12:29]
Mançester hava limanında uçuşlar zolaqdakı çuxura görə gecikib
- 20.09.2026 [12:29]
İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar
- 19.09.2026 [23:42]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [23:25]
Mahaçqala hava limanında məhdudiyyətlər tətbiq olunub
- 19.09.2026 [23:00]
Media: Husilər Səudiyyə Ərəbistanına hücumlar təşkil ediblər
- 19.09.2026 [22:54]
Naxçıvanda “Velo Fest” velosiped festivalı
- 19.09.2026 [22:33]
Donald Tramp: Süni İntellekt Qüvvələri yaradıram
- 19.09.2026 [22:22]
Astarada yol qəzasında 4 nəfər xəsarət alıb, ata və oğulun vəziyyəti ağırdır
- 19.09.2026 [22:09]
Azərbaycanın xarici siyasətində Türk dünyası prioritet təşkil edir – ŞƏRH
- 19.09.2026 [21:53]