Fransada sentyabrın 10-na planlaşdırılan etiraz aksiyasını dəstəkləyənlərin sayı artır
Paris, 22 avqust, AZƏRTAC
Fransada sentyabrın 10-da keçirilməsi nəzərdə tutulan etiraz aksiyasına dəstək verənlərin sayı artmaqdadır.
AZƏRTAC xəbər verir ki, “SUD-Rail” dəmir yolu işçilərinin həmkarlar ittifaqı da bu aksiyanı dəstəklədiyini açıqlayıb. “Bütün şirkətlərdə, törəmə qurumlarda və regionlarda aksiyaya dəstək verməliyik”, - deyə açıqlamada bildirilib.
Qeyd edək ki, Fransada hökumətin 2026-cı il büdcəsi üçün təklif etdiyi qənaət tədbirlərinə qarşı sentyabrın 10-da etiraz aksiyasının keçirilməsi planlaşdırılıb.