FRANSADA SİQARETLƏRİN QİYMƏTİ 10 FAİZ BAHALAŞACAQDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, 2009-cu il yanvarın 1-dən etibarən Fransada siqaretlərin qiyməti 10 faiz bahalaşacaqdır.
Ölkənin İqtisadiyyat Nazirliyi siqaretlərin qiymətinin qaldırılmasının dövlət büdcəsinə yarım milyard avro gəlir gətirəcəyini bəyan etmişdir.
Nazirlik siqaret istehsal edən müəssisələrin qiyməti qaldırmadıqları təqdirdə ölkəyə gətirilən tütün məmulatına qoyulan gömrük xərclərini artıracağı ilə hədələmişdir.
Ölkənin ən böyük siqaret istehsalçısı olan “Britiş Amerikan Tabakko Frans” şirkəti siqaretin bahalaşmasına qarşı çıxdığını bəyan etmişdir. Firma bunu qiymətin qaldırılmasının satışa təsir edəcəyi ilə əlaqələndirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [23:43]
CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib
- 16.06.2026 [22:48]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:27]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]