Fransada son sutkada koronavirusa 20 mindən çox yeni yoluxma qeydə alınıb
Paris, 25 fevral, AZƏRTAC
Fransada son sutkada COVID-19 pandemiyasına 20 mindən çox yeni yoluxma və 431 ölüm faktı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu haqda Fransa Səhiyyə İdarəsi məlumat verib. Bildirilib ki, Fransada pandemiya başlayandan 3 min 629 milyon yoluxma qeydə alınıb.
Xəstəxanalarda 25 min 660 koronavirus xəstəsi var. Reanimasiya şöbələrində 3 min 435 ağır vəziyyətdə olan virus xəstəsi intensiv müalicə olunur. Ölkədə pandemiya qurbanlarının ümumi sayı 85 min 44-ə çatıb. Bu günə qədər xəstəxanalarda 252 min 83 virus xəstəsi sağalıb.
Ölkədə 10-dan çox departamentdə virusun sürətlə yayıldığı qeyd edilir. Yeni yoluxanların 40 faizində virusun yeni ştamlarına rast gəlinir. Bəzi departamentlərdə yenidən karantin rejiminin tətbiq ediləcəyi vurğulanır.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
- 22.09.2026 [12:25]
Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər
- 22.09.2026 [12:03]
Fransada gənclər etiraz aksiyalarına hazırlaşırlar
- 22.09.2026 [11:48]
Məsud Pezeşkian: İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək
- 22.09.2026 [11:28]