Fransanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
Bakı, 30 iyun, AZƏRTAC
İyunun 30-da Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb.
Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Fransa Prezidenti Emmanuel Makronun Marsel şəhərində erməni icması ilə görüşdə Azərbaycan əleyhinə səsləndirilmiş, Ermənistanı birtərəfli qaydada müdafiə edən və həqiqəti əks etdirməyən fikirlər ilə bağlı Fransa tərəfinə etiraz edilib və məsələyə dair Fransa tərəfindən izahat istənilib.
Səfirə bildirilib ki, dəfələrlə anti-Azərbaycan bəyanatları ilə yadda qalan E.Makronun yenidən qərəzli fikirlər səsləndirməsi Fransa Prezidentinin Fransanın erməni lobbisinin əlində bir alət olduğunun, müharibə və müharibədən sonrakı dövrdə öz məqsədlərinə nail ola bilmədiyinin bariz nümunəsidir.
Vurğulanıb ki, Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi kimi tanınması fonunda E.Makrona istinadən yayılmış bu kimi qərəzli bəyanatlar bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasına mane olmaqla yanaşı, separatçılıq və terrorçuluğu təşviq edənlərin və dəstəkləyənlərin destruktiv fəaliyyətini daha da genişləndirməsinə rəvac verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:12]
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
- 29.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 29 sentyabr
- 29.09.2026 [10:21]
Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 29.09.2026 [02:24]
Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO
- 29.09.2026 [01:12]
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub
- 29.09.2026 [01:05]
Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]