ORDU
Fransız dili kursunu bitirmiş bir qrup zabitə sertifikatlar təqdim edilib
Bakı, 27 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası nəzdində fəaliyyət göstərən Xarici dil və Tərəfdaşlıq Mərkəzində fransız dili kursları məzunlarının növbəti buraxılışı olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu münasibətlə iyulun 27-də Fransanın Azərbaycandakı səfirliyinin nümayəndələrinin iştirakı ilə Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində tədbir keçirilib. Tədbirin sonunda kurs iştirakçılarına sertifikatlar təqdim olunub.
Qeyd edək ki, Fransanın təşəbbüsü ilə 2006-cı ildən başlayaraq Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün fransız dili kursları təşkil edilir. Kursun növbəti illərdə də keçirilməsi planlaşdırılır.