Fransız hücumçu Kilian Mbappe rekorda imza atıb
Bakı, 4 dekabr, AZƏRTAC
Fransız hücumçu Kilian Mbappe rekorda imza atıb. O, buna Qətərdə keçirilən mundialın pley-off mərhələsi çərçivəsində oynanılan Fransa - Polşa (3:1) matçında nail olub.
AZƏRTAC “Opta Sport” statistik portalına istinadla xəbər verir ki, hücumçu 24 yaşadək futbolçular arasında mundiallarda 9 qol vuran ilk oyunçudur. Qətərdə təşkil olunan dünya çempionatında K.Mbappenin aktivində 5 qol var. O, 2018-ci ildə Rusiyanın ev sahibliyi etdiyi dünya çempionatında 4 qolun müəllifi olub.
Fransa komandası dörddəbir final mərhələsində İngiltərə - Seneqal matçının qalibi ilə qarşılaşacaq. İngiltərə - Seneqal oyunu bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, artıq Niderland və Argentina seçmələri dörddəbir finala vəsiqə qazanıb və bir-birinə rəqib olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [18:29]
“Qəbələ” İslandiya klubunun müdafiəçisini transfer edib
- 10.08.2026 [18:18]
"Sabah"ın futbolçusu: Ümid edirəm ki, mərhələni keçən tərəf biz olacağıq
- 10.08.2026 [17:16]
UEFA-nın azərbaycanlı nümayəndəsi Gürcüstan klubunun stadionu ilə tanış olub
- 10.08.2026 [17:08]
Azərbaycan güləşçiləri Buxarestdə 5 medal qazanıblar
- 10.08.2026 [16:41]
Azərbaycanı U-19 Avropa çempionatında 13 boksçu təmsil edəcək
- 10.08.2026 [16:14]
“Araz-Naxçıvan” sol cinahını bosniyalı müdafiəçi ilə gücləndirdi
- 10.08.2026 [15:11]