“FRANSIZCA-AZƏRBAYCANCA VƏ AZƏRBAYCANCA–FRANSIZCA” LÜĞƏT ÇAPDAN ÇIXMIŞDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dillər Universitetinin müəllimləri Ç.Babaxanova və M.Abdullayevanın tərtib etdikləri “Fransızca-azərbaycanca və azərbaycanca–fransızca” lüğəti “Nurlan” nəşriyyatında çapdan çıxmışdır.
Orta məktəblərin yuxarı sinif şagirdləri və fransız dilini öyrənənlər üçün nəzərdə tutulmuş kitabın elmi redaktoru, professor B.İsmayılovdur.