Fransızların 80 faizi Fransua Bayrudan, 77 faizi isə Emmanuel Makrondan narazıdır - SORĞU
Paris, 3 iyul, AZƏRTAC
Fransa Rəy və Marketinq tədqiqatlar İnstitutunun (İFOP) “Journal Dimanche” üçün apardığı sosial sorğunun nəticələri Baş nazir Fransua Bayru və Prezident Emmanuel Makron üçün ürəkaçan deyil.
AZƏRTAC xəbər verir ki, İFOP-un apardığı sorğunun nəticələrinə görə fransızların 80 faizi F.Bayrunun Baş nazir vəzifəsinə gəlməsindən narazıdır.
Bu, onun 2024-cü il dekabrında təyin olunmasından bəri ən aşağı səviyyədir və sələfləri ilə müqayisədə xüsusilə aşağı olduğu bildirilir.
Emmanuel Makronun populyarlıq reytinqi də may ayından iki pillə aşağı düşüb. Sorğuda iştirak edən fransızların 77 faizi Makronun fəaliyyətindən narazı olduğu halda, 45 faizi çox narazıdır. Onun populyarlıq reytinqi xüsusilə gənclər arasında aşağı düşüb. Belə ki, 18-24 yaşlı gənclər arasında səkkiz ballıq azalma müşahidə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]
Qırğızıstan BMT-nin Kağızsız Ticarət Şurasına yenidən sədr seçilib
- 09.06.2026 [14:51]
İndoneziyada Levotobi vulkanı yenidən püskürüb: hava limanı bağlanıb
- 09.06.2026 [14:47]
Kreml Ermənistan seçkilərinin rəsmi nəticələrini gözləyir
- 09.06.2026 [14:44]
Filippində dağıntılar altında sağ qalanların axtarışı davam edir
- 09.06.2026 [14:40]