Fuad Nurullayev: Ulu Öndərin siyasi irsi Azərbaycanda birlik və tolerantlığı təmin edib
Bakı, 5 may, AZƏRTAC
Ulu Öndərin anadan olmasının ildönümü, onun siyasi irsi ilə bağlı keçirilən tədbir Azərbaycanın dövlətçilik ənənələrinin formalaşması, ideyaları, ideologiyasının qorunması baxımından çox önəmlidir. Ulu Öndərin vətənə, xalqa bağlılığını, dövlətə necə rəhbər olmağını biz görmüşük. Azərbaycanın hər yanında onun izləri var.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” IX beynəlxalq elmi konfransında deyib. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasi irsi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
“Bu siyasi irs, siyasi xətt bizə nə bəxş etdi? Tolerantlıq və multikultural dəyərlər Azərbaycanda olan xalqları birləşdirdi. Ulu Öndər elə böyük şəxsiyyət idi ki, o, dini inancın nümayəndələri ilə də tam səmimi davranırdı və öz münasibətini göstərirdi. Qarabağ işğaldan azad olunanda bu siyasi irsin faydasını gördük. Vətən müharibəsində xristian, yəhudi, müsəlman, azsaylı xalqlarımızdan döyüşən şəhid qardaşlarımızı gördük. Nə qədər dövlətimiz var, xalq varsa, Ulu Öndərin xatirəsi bizimlə yaşayacaq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2026 [18:48]
Mədəniyyət diplomatiyası kontekstində media və yumşaq güc – məruzə
- 07.05.2026 [18:41]
Mədəniyyət xalqın böyük sərvətidir - sərgi
- 07.05.2026 [18:23]
“Ədəbiyyat adamı - 2026” mükafatı təqdim edilib
- 07.05.2026 [18:13]
Mayın 14-dək meteor yağışı müşahidə olunacaq
- 07.05.2026 [17:59]
ADAU-da faşizm üzərində qələbənin 81-ci ildönümü ehtiramla anılıb
- 07.05.2026 [17:33]