FUTBOL ÜZRƏ AZƏRBAYCAN PREMYER-LİQASINDA XI TURUN OYUNLARI KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, noyabrın 15-də futbol üzrə Azərbaycan Premyer-Liqasında XI turun oyunlarına start verilmişdir.
Tur çərçivəsində ilk qarşılaşmalardan biri Qəbələ şəhər stadionunda “Qəbələ”-“Xəzər-Lənkəran” komandaları arasında keçirilmişdir. Oyun cənub təmsilçisi “Xəzər-Lənkəran”ın 1:0 hesablı qələbəsi ilə başa çatmışdır.
Digər görüş isə Tovuz şəhər stadionunda “Turan”la-“Standard” arasında baş tutmuşdur. “Standard” klubu rəqib komandanın qapısından 2 cavabsız top keçirmişdir.
“İnter”-“Qarabağ” oyunu isə heç-heçə başa çatmışdır. “Şəfa” stadionunda baş tutmuş bu qarşılaşmada komandalar hərəyə bir dəfə fərqlənə bilmişdir. Görüş 1:1 hesabı ilə yekunlaşmışdır.
Günün son görüşü isə T.Bəhramov adına Respublika stadionunda “Neftçi”-“Karvan” komandaları arasında olmuşdur. Gərgin mübarizə şəraitində başa çatan oyunda “Karvan” rəqibi 1:0 hesabı ilə məğlubiyyətə uğratmışdır.
Bu görüşlərin nəticələrinə görə, “İnter” komandası 24 xalla birinci yerdə qərarlaşmışdır. “Bakı” və “Simurq” klubları isə hərəyə 23 xalla 2-ci, 3-cü yerləri bölüşürlər.
Qeyd edək ki, noyabrın 16-da XI turun digər oyunları keçiriləcəkdir. Bu görüşlərdə Zaqatala Olimpiya Kompleksinin stadionunda “Simurq”-“Bakı”nı, Salyan şəhər stadionunda “Muğan”-“Olimpik”i, Şəfa stadionunda isə “MOİK”-“Bakılı”nı qəbul edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]
“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]