Futbol üzrə Çin yığmasının baş məşqçisi istefa verib
Bakı, 12 oktyabr, AZƏRTAC
Carı ilin fevralında futbol üzrə Çin milli komandasında baş məşqçi postuna gətirilən Qao Humbo istefa verib.
AZƏRTAC xəbər verir ki, çalışdırıcı 2018-ci il dünya çempionatı seçmə mərhələsi çərçivəsində komandasının Asiya qrupunda üzləşdiyi son məğlubiyyətdən sonra bu addımı atıb. Son turda Özbəkistan doğma meydanda Çinə 2:0 hesabı ilə qalib gəlib.
“Qərarımı Çin Futbol Assosiasiyasınin rəhbərliyi ilə əvvəlcədən müzakirə etmişdim. Bildirmişdim ki, əgər son görüşdə milli komanda müsbət nəticə əldə etməzsə, bu postu tərk edəcəyəm”, - deyə Humbo diqqətə çatdırıb.
Qeyd edək ki, Çin yığması seçmə mərhələdə dörd turdan sonra cəmi bir xalla sonuncu pillədə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]
“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb
- 08.10.2026 [13:14]
Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO
- 08.10.2026 [12:28]
Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub VİDEO
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]