İDMAN
Futbol üzrə İspaniya çempionatı: "Barselona" - "Valensiya" 4:2
Bakı, 20 mart, AZƏRTAC
Futbol üzrə İspaniya çempionatının 28-ci turunda "Barselona" "Valensiya"nı qəbul edib.
AZƏRTAC xəbər verir ki, gərgin mübarizə şəraitində keçən oyunda ev sahibi 4:2 hesabı ilə qalib gəlib.
Qalib komandanın heyətində Luis Suares, Lionel Messi və Andre Qomeş fərqlənib. Qonaqların qollarını isə Elyakim Manqala və Munir əl-Haddadi vurub. Matçın 44-cü dəqiqəsində Manqala qırmızı vərəqə alıb.
Beləliklə, "Barselona" 63 xala turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb və ehtiyatda bir oyunu olan lider "Real"dan 2 xal geri qalır. "Valensiya" isə 30 xalla 14-cü mövqedədir.
Günün digər qarşılaşmasında "Atletiko" "Sevilya" üzərində 3:1 hesablı qələbə qazanıb.
"Atletiko" turnir cədvəlində 55 xalla 4-cü, "Sevilya" isə 57 xalla 3-dür.