Futbol üzrə Şimali İrlandiya millisinin baş məşqçisi istefa verib
Bakı, 23 aprel, AZƏRTAC
Futbol üzrə Şimali İrlandiya milli komandasının baş məşqçisi Maykl O'Nil istefa verib.
AZƏRTAC xəbər verir ki, komanda “Avro-2020”yə vəsiqə qazanmaq üçün pley-off oyunları keçirməli idi. Ancaq koronavirus səbəbindən bu matçlar təxirə salınıb. Tərəflər bu ərəfədə əməkdaşlığa son verməyə qərar veriblər.
İstefası ilə bağlı fikirlərini bölüşən M.O'Nil ki bildirib: “Federasiya ilə müzakirədən sonra kənara çəkilmək üçün ən yaxşı vaxt olduğunu düşündüm. Komandanı ən güclü formada tərk etmək vacib idi. Yeni baş məşqçiyə vaxt vermək lazımdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:48]
FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]