“Füzuli” Elektrik Şəbəkəsi Müəssisəsində təmir işləri aparılır
Bakı, 6 noyabr (AZƏRTAC). Şəbəkənin istismar vəziyyətinin yaxşılaşdırılması üçün “Füzuli” Elektrik Şəbəkəsində zəruri tədbirlər görülür.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin son üç ayında müəssisənin xidməti ərazisində 6 kilovoltluq “Hospital”, 10 kilovoltluq “Zərgər Dilağarda”, “Alxanlı”, “Şükürbəyli” və digər xətlərin ümumilikdə 3 kilometrdən artıq hissəsi təmir edilmiş, xeyli sayda dayaq düzləndirilmiş, naqillərin qabariti bərpa olunmuşdur.
Müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 6 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 13,5 min kilovat-saat itirilmiş elektrik enerjisinin 810 manat istehlak dəyəri bərpa edilmişdir.