Azərbaycan Dövlət İnformasiya Agentliyi

Füzuli teatrının zəngin ənənələri davam edir

Füzuli, 9 fevral, AZƏRTAC

Son illərdə Horadiz şəhəri də daxil olmaqla Füzuli rayonunda geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri aparılıb, yeni qəsəbələr salınıb, ümumtəhsil məktəbləri, uşaq bağçaları, tibb və mədəniyyət  ocaqları tikilib, mühüm infrastruktur layihələri icra edilib. Rayonda gedən bu inkişafın kontekstində mədəni həyatın, o cümlədən teatrın inkişafı diqqəti cəlb edir.

Füzuli Dövlət Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev AZƏRTAC-a eksklüziv müsahibəsində teatrın tarixi, uğurları, müharibə dövründə qarşılaşdığı çətinliklər və müasir fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.

- Azərbaycan teatrı uzun və şərəfli tarixi bir yol keçib. Füzuli Dövlət Dram Teatrının tarixi ilə bağlı nə deyə bilərsiniz?

-Füzuli bölgəsinin zəngin teatr ənənəsi var. Hələ XX əsrin əvvəllərində- 1913-1914-cü  illərdə Qaryagin Musiqili Dövlət Dram Teatrı yaranıb. Bu teatrın səhnəsində Seyid Şuşinski, Cəmil bəy Bağdadbəyov, Cəmil Vəzirov, Şamxal Vəzirov, Sidqi Ruhulla, Məmməd Cavadov, Əyyub Əliyev, Əsəd Cəfərov, Adışirin Əliyev, Zəroş Həmzəyeva, Ağabala Abdullayev, Abdulla Abdullayev, Cəmil Cəfərov, Firuzə Cəfərova, Dilarə Bayramova, Durna Quliyeva, Famil Musayev, Oqtay Əhmədov, Suğra Abbasova, Səmayə Ağayeva, Mürşüd Haşımlı, Ələkbər Məmmədov, Fehruz Əliyev kimi sənətkarlar yetişib. Onlar  əvəzedilməz obrazlar qalereyası  ilə teatr səhnəsində böyük iz qoyublar.

Teatr 1940-1953-cü illərdə ustad sənətkar Hüseynqulu Sarabskinin adını daşıyıb. H.Sarabski öz sevimli “Məcnun” rolunu Qaryagin Musiqili Dövlət Dram Teatrının səhnəsində dəfələrlə oynayıb.

1953-cü ildə teatr bağlansa da, öz fəaliyyətini xalq teatrı formasında davam etdirib.Ürəkləri sənət eşqi ilə yanan aktyorlar xalq teatrı yaratmaqla sənət yolunu davam etdiriblər. Teatr Azərbaycan SSR Nazirlər Sovetinin qərarı və Mədəniyyət Nazirliyinin əmri ilə 1989-cu il avqust ayının 4-də Füzuli Dövlət Dram Teatrı adı ilə yenidən fəaliyyətə başlayıb.

- Füzuli Dövlət Dram Teatrı yarandıqdan sonra burada hansı tamaşalar səhnələşdirilib?

-Teatrımız indiyədək öz tamaşaçılarına  M.F.Axundzadənin “Hacı Qara”, İ.Əfəndiyevin “Unuda bilmirəm”, “Bahar suları”, V.Şuksin “Diribaş adamlar”, S.Səxavətin “Qapıların o üzündə qalan dünya”, S.S.Axundovun “Eşq və İntiqam”, S.Rəhmanın “Toy”, L.Rəşidzadənin “Toya bir gün qalmış”, M.Qacarın “Qabanın səfəri”, A.Məmmədovun “Həmyerlilər”, “Kişilər”, Ə.Haqverdiyevin “Dağılan tifaq”, A.P.Çexovun “Təklif”, N.B.Vəzirovun “Sonrakı peşmançılıq fayda verməz” və s. tamaşalarını təqdim  edib.

-1990-cı illərin əvvəllərində Qarabağda baş verən hadisələr, Ermənistanın torpaqlarımıza təcavüzü teatrın fəaliyyətinə necə təsir göstərib?

-1992-ci ildən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən rayona ardı-arası kəsilməyən  hücumlar edildiyindən teatr öz fəaliyyətini Horadiz qəsəbə mədəniyyət evində, 1993-cü il avqustun 23-də Füzuli rayonunun işğalı ilə əlaqədar olaraq isə Sumqayıt Dövlət Dram Teatrının yerləşdiyi S.Vurğun adına mədəniyyət sarayında davam etdirib. Məcburi köçkünlük həyatına baxmayaraq, Sumqayıtda olduğumuz 10 il müddətində teatrda 40-dan çox maraqlı, yaddaqalan tamaşalar hazırlanıb. Teatr dəfələrlə Şamaxı, Sabirabad, İmişli, Saatlı, Ucar, Kürdəmir, Biləsuvar, Zaqatala, Balakən və digər rayonlarda qastrol səfərlərində olub. 2003-cü ilin noyabr ayında teatr yenidən Füzuli rayonuna qayıdaraq Horadiz qəsəbə mədəniyyət evində fəaliyyətini davam etdirib.

-Bəlkə bir qədər də teatrın rayonun hüdudlarından kənarda qazandığı uğurlar barədə danışaq...

- Məmnuniyyətlə. Teatrımız müxtəlif festivallarda həmişə uğurla çıxış edib. Füzuli Dövlət Dram Teatrı 1999-cu ildə Azərbaycan Teatrının yaranmasının 125 illiyi münasibətilə keçirilən “Milli klassika festivalı”nda C.Cabbarlının “Aydın” tamaşası ilə çıxış edərək xatirə hədiyyəsinə layiq görülüb. 2007-ci ildə teatr Bakı şəhərində Azərbaycan Teatr Xadimləri İttifaqının təşkil etdiyi milli teatr festivalında S.Axundovun “Bəndalı bəndə düşüb” tamaşası ilə, 2010-cu ildə Mingəçevirdə keçirilən milli teatr festivalında “Hacı Qara” tamaşası ilə çıxış edərək xatirə hədiyyəsi və diploma layiq görülüb. Azərbaycan Prezidentinin 2013-cü il 25 iyun tarixli Sərəncamı ilə teatrın direktoru Vaqif Vəliyevə “Əməkdar Mədəniyyət İşçisi” fəxri adı verilib. Azərbaycan peşəkar milli teatrının 140 illik yubileyi ilə əlaqədar Vaqif  Rəhimov, Asif Şirinov, Məryəm Məmmədova və Habil Hacıyev “Fəxri Mədəniyyət İşçisi” döş nişanı ilə təltif olunublar.  

- Teatrın hazırkı və gələcək fəaliyyəti barədə nə deyə bilərsiniz?

-Teatr bu gün əsaslı təmir olunan Horadiz şəhər mədəniyyət sarayında fəaliyyət göstərir. Teatrın direktor müavini Habil Hacıyev, baş rejissor Asif Şirinov, baş rəssam Ellinaz Balaşova, ədəbi hissə müdiri Şəlalə Kərimovadır.

 Teatrımızda 60-dan çox əsərə səhnə həyatı verilib. İ.Əfəndiyevin “Unuda bilmirəm”, S.Dağlının “Oyun bitdi”, Q.Rəsulovun “Məhəbbət oyunu”, Y.Əzimzadənin “Nəsrəddin”, İ.Məlikzadənin “Subaylarınızdan görəsiniz”, S.S.Axundovun “Tamahkar”, “Şahsənəm və Gülpəri”, N.B.Vəzirovun “Daldan atılan daş topuğa dəyər”, H.Mirələmovun “Vicdanın hökmü”, Ə.Əmirlinin “Onun iki qabırğası”, N.Vəzirovun “Hacı Qənbər”,  H.Vəzirovun “Döymə qapımı, döyərlər qapını”, S.Rüstəmin “Gəldi-gedər”, E.Abdullayevanın “Ağ qayıq” Ş.Tofiqqızının “Taleyin bir üzü” tamaşaları teatrsevərlərə təqdim olunub. Teatr xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyi iləbağlı silsilə tədbirlər keçirib.

Hazırda teatrda R.Əlizadənin “Dünyanın axırı” əsərinin və Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunan “Doğma Qarabağım, Xocalım mənim” adlı ədəbi-bədii kompozisiyanın son məşqləri gedir.

2015-ci ilin repertuarına Cəlil Məmmədquluzadənin “Kişmiş oyunu”, Süleyman Sani Axundovun “Eşq və İntiqam”, Əli Əmirlinin “Xoşbəxt gün” tamaşaları, M.Muxtarovun “Yuxunda görərsən” və R.Əlizadənin “Dünyanın axırı” tamaşaları daxil edilib.

 Tahir Ağaməmmədov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili