G7 ölkələri Ukraynanın enerji sektoruna dəstəyi davam etdirəcək
Roma, 24 sentyabr, AZƏRTAC
“Böyük yeddilik” (G7) ölkələri Ukraynanın enerji infrastrukturunun bərpasına dəstəyi davam etdirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə G7-yə sədrlik edən İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi məlumat yayıb.
Bildirilir ki, G7 ölkələri Ukraynanın Avropa İttifaqına üzvlük yolunu, enerji infrastrukturunun qısa və uzunmüddətli perspektivdə yenidən qurulmasını dəstəkləyəcək, Ukraynanın davamlı iqtisadi və sosial bərpasına özəl sektorları və yerli hökumətləri cəlb etməyə çalışacaq. Eyni zamanda, Ukraynanın enerji sektoruna sərmayə qoyuluşu davam etdiriləcək. “Böyük yeddilik” Ukrayna hökumətinin və xalqının səylərini dəstəkləməyə davam edəcək.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]
Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək
- 12.10.2026 [15:48]