GDU-da imtahan sessiyasına ictimai baxış keçirilib
Gəncə, 21 iyun, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Universitetində (GDU) 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasına ictimai baxış keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə universitetin Tədris məsələləri üzrə prorektoru, dosent Şahin Xurşudov və Humanitar məsələlər üzrə prorektor, dosent Gülsüm Fətəliyeva mediatur iştirakçılarına imtahan prosesinin təşkili və keçirilməsi qaydası ilə bağlı məlumat veriblər. Qeyd edilib ki, mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaqla bütün texniki-təşkilati işlər yüksək səviyyədə həyata keçirilib, imtahan prosesinə kənar müdaxilənin yol verilməməsi və tələbələrin biliklərini nümayiş etdirməsi üçün bütün şərait yaradılıb.
Mediatur iştirakçıları imtahanların gedişini kamera vasitəsi ilə izləmək üçün yaradılan nəzarət otağında olublar.
Daha sonra universitetin prorektorları və medaiturda iştirak edən nümayəndələr auditoriyalarda imtahan prosesini yaxından izləyiblər.