Gədəbəy savatçıları ölkə çempionatında 4 medal qazanıblar
Bakı, 10 noyabr, Vüsalə Cənnətova, AZƏRTAC
Savat idman növü üzrə ölkə birinciliyi və çempionatında Gədəbəy idmançıları 2 qızıl və 2 bürünc medal əldə ediblər.
Gədəbəy İdman Klubundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Savat Federasiyasının təşkilatçılığı ilə Bakı şəhəri Şağan Olimpiya İdman Kompleksində keçirilən yarışda Beyrək Bağırov (85 kiloqram) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Onun yetirmələri, gənclər arasında çıxış edən Daniela Nasteka (48 kiloqram) qızıl, Əli İbrahimov (85 kiloqram) və Nihad Qasımov (+85 kiloqram) bürünc medala sahib çıxıblar.