GƏLƏCƏYİN İŞLƏK DİLLƏRİ HANSILAR OLACAQ?
İndiki yeniyetmələr yaxın 10-20 ildə çalışacaqları sahələrdə uğur qazanmaq, vəzifə pillələrində irəliləmək üçün hansı xarici dilləri öyrənməlidirlər? Yəqin ki, çoxları bu barədə bəlkə də düşünmür, düşünənlər isə hesab edirlər ki, əlbəttə, ingilis dilini öyrənmək lazımdır. Sonuncular müəyyən dərəcədə haqlıdırlar. Çünki ingilis dili hazırda birinci beynəlxalq dildir. Lakin bu, həmişəmi belə olacaq? Qloballaşan dünyada heç də az əhəmiyyəti olmayan bu məsələ barədə mütəxəssislərin fikirlərini bilmək maraqlıdır.
İndi hansı dili öyrənməyin zəruriliyindən danışarkən zarafatla deyirlər ki, “nikbin adamlar Çin dilini öyrənirlər”. Əslində isə, bədbinlər də eyni yolu seçirlər. Zarafata gəldikdə isə, bu, həqiqətə çox yaxındır. Çünki mütəxəssislərin proqnozlarına görə, çətinliyinə, mürəkkəbliyinə baxmayaraq, Çin dili 50 ildən sonra əsas dillərdən birinə, bəlkə də, yeganə beynəlxalq dilə çevriləcəkdir. Bunu müxtəlif səbəblərlə, o cümlədən Çin əhalisinin sayının çoxluğu və ölkənin sürətli iqtisadi inkişafı ilə əlaqələndirirlər. Məsələn, Rusiya Xarici İşlər Nazirliyi nəzdində kollecin xarici dillər kursundan bildirmişlər ki, indinin özündə burada ingilis və Çin dillərinə maraq eyni səviyyədədir. Moskva Dövlət Linqvistika Universitetində isə builki qəbul imtahanlarında xarici dil kimi Çin dilindən imtahan verən abituriyentlər az deyildir. Ümumiyyətlə, Rusiyanın aparıcı humanitar ali məktəblərinin dilçi mütəxəssisləri hesab edirlər ki, yaxın 10 ildə gənclərin ilk növbədə ingilis, İspaniya, Çin və ərəb dillərini öyrənmələri məsləhətdir. Ərəb dilinə marağın və ehtiyacın artmasını 30-dan çox ölkənin bu dildə danışması ilə izah edirlər.
Təbii ki, xarici dilləri öyrənmək üçün müntəzəm və səylə çalışmaq lazımdır. Doğrudur, bütün başqa sahələrdə olduğu kimi, dil öyrənməkdə də fitri istedadın rolu az deyil, çünki belə qabiliyyəti olanlar başqalarına nisbətən xarici dilləri daha tez və asanlıqla öyrənirlər. Bəzi mütəxəssislər hesab edirlər ki, əvvəlcə alman və fransız dillərini öyrənənlər ingilis dilini daha asanlıqla mənimsəyirlər. Yapon və Koreya dillərini bilmək üçün isə əvvəlcə Çin dilini öyrənməyi məsləhət görürlər. Lakin əksəriyyətin fikrincə, bu sahədə hansısa ardıcıllıqdan yox, dillərin yaxınlığından, qohumluğundan danışmaq olar. Belə dillərdən hər hansı birinin daşıyıcıları digərini daha asanlıqla öyrənirlər. Ümumiyyətlə isə, hər şey insanın zehni inkişafından və qabiliyyətindən asılıdır. Bununla belə, üç xarici dili bilən hər bir kəs dördüncü, beşinci və altıncı dili daha asan mənimsəyir, çünki onda dil öyrənməyin bir növ özünəməxsus sistemi yaranır.
Xarici dillərin öyrənilməsi bizim gənclərimiz üçün də həmişəkindən daha zəruridir. Onlar seçdikləri ixtisaslara, peşələrə uyğun olaraq bu və ya başqa dilin öyrənilməsinə üstünlük verə bilərlər və bu təbiidir. Bununla belə, mütəxəssislərin, ekspertlərin də proqrnozlarına, məsləhətlərinə diqqətlə yanaşmalı, hər halda, yuxarıda sadalanan dörd dili - ingilis, Çin, İspaniya və ərəb dillərini öyrənməyə xüsusi diqqət yetirməlidirlər. Çünki bunu gələcəyin özü tələb edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib
- 16.06.2026 [23:43]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:48]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [22:27]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:40]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [21:30]
Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub
- 16.06.2026 [21:20]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [21:17]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [21:06]
Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir
- 16.06.2026 [21:04]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:13]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [20:04]
Bu saata olan əsas xəbərlər
- 16.06.2026 [20:00]
Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək
- 16.06.2026 [19:44]
Tovuzda 22 yaşlı oğlan çayda batıb
- 16.06.2026 [19:36]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [19:15]
Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər
- 16.06.2026 [18:47]
Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir
- 16.06.2026 [18:33]
Baş icraçı direktor: Qlobal halal şəbəkəsinin yaradılması çox vacibdir
- 16.06.2026 [18:32]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:28]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 16.06.2026 [18:26]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [18:07]
Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib
- 16.06.2026 [18:05]
Həm sakinlər güvəndə, həm heyvanlar - Oğuzun “Yuva” sığınacağından reportaj
- 16.06.2026 [17:55]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [17:46]
Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir
- 16.06.2026 [17:42]
Zaur Əliyev: 10 ildə aqrar sektorda 37,8 faiz artım olub
- 16.06.2026 [17:41]
Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək
- 16.06.2026 [17:35]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:29]
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
- 16.06.2026 [17:26]
Erməni dərsliklərində nifrət dilinin təbliği ciddi narahatlıq doğurur RƏY
- 16.06.2026 [17:13]
Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb
- 16.06.2026 [17:10]
“Mediada Azərbaycan dili” proqramının yekun mərhələsi təşkil olunub
- 16.06.2026 [17:05]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:04]
“ACWA Power”: Enerji sektorunda ölkələr üçün vahid model yoxdur
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [17:01]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:57]