Gələcəyin tankçıları - FOTOREPORTAJ
Bakı, 3 aprel, AZƏRTAC
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Ordusunun Təlim-Tədris Mərkəzində kursantlarla praktiki məşğələlər uğurla davam edir.
Təlimlər zamanı kursantlar təlim-döyüş texnikalarının idarə olunması, döyüş şəraitində düzgün manevretmə və ekipaj daxilində koordinasiyanın təmin edilməsi üzrə bilik və bacarıqlarını möhkəmləndirirlər.
Bu proses onların operativ qərarvermə qabiliyyətinin artırılmasına, döyüş hazırlığının yüksəldilməsinə və real şəraitə uyğun peşəkar vərdişlərin formalaşdırılmasına xidmət edir.
Kursantlar burada yalnız bilik deyil, eyni zamanda iradə, məsuliyyət və qətiyyət qazanırlar.
AZƏRTAC praktiki məşğələlərlə bağlı fotoları təqdim edir.
Fotoqraf - Vüqar İbadov