Gəmiçilikdə dezinfeksiya işləri davam etdirilir
Bakı, 3 noyabr, AZƏRTAC
“Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Sumqayıt”, “Zəfər”, “MPK-474”, “PSK-40”, “PSK-45”, “PSK-48” gəmilərində, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun paltardəyişmə otaqlarında, Dəniz Nəqliyyatı Donanmasının yeməkxanasında aparılıb.
Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.