Gənc alim və mütəxəssislər şurasının ilk təsis yığıncağı keçirilmişdir
Bakı, 5 noyabr (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft-Kimya Prosesləri İnstitutunda gənc alim və mütəxəssislər şurasının ilk təsis yığıncağı keçirilmişdir.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, tədbiri giriş sözü ilə açan AMEA Neft-Kimya Prosesləri İnstitutunun direktoru, kimya elmləri doktoru, professor Vaqif Abbasov rəhbərlik etdiyi müəssisənin elmi fəaliyyəti haqqında ətraflı məlumat vermişdir.
İnstitutda gənc kadrlara xüsusi diqqət verildiyini söyləyən V.Abbasov institut əməkdaşlarının orta yaş həddinin 45 olduğunu qeyd etmişdir. O bildirmişdir ki, son 10 ay ərzində 70-dən çox gənc alim və mütəxəssis işə qəbul olunmuşdur. Alimin sözlərinə görə, institut tərəfindən 6 nəfər dövlət vəsaiti hesabına birillik praktikaya göndərilmişdir.
Sonra bu şuraya namizədliyi irəli sürülən gənclər səsvermə yolu ilə üzv seçilmişlər.
Tərkibi 25 nəfərdən ibarət olan gənc alim və mütəxəssislər şurasının sədri Nərminə Abdullayeva təyin olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]