GƏNC JURNALİSTLƏR MÜSABİQƏSİNİN QALİBLƏRİNƏ MÜKAFATLAR TƏQDİM EDİLDİ
Mərasimdə nazirliyin nümayəndəsi Namiq Cəfərov bildirdi ki, indiki müsabiqənin iki fərqləndirici xüsusiyyəti var, ölkə rəhbərliyinin bölgələrin sosial-iqtisadi inkişafına və bununla əlaqədar qəbul olunmuş dövlət proqramının həyata keçirilməsinə böyük əhəmiyyət verdiyini nəzərə alaraq, mükafatları həmin sahədə və iqtisadiyyat problemlərinə həsr edilmiş iki yeni nominasiyada vermək qərara alınmışdır. Müsabiqənin digər xüsusiyyəti bölgələrdən olan gənc jurnalistlərin bu tədbirdə fəal iştirakı ilə bağlıdır.
Nominasiyaların qalibləri aşağıdakılardır: “Gənclərin mənəvi-əxlaqi və vətənpərvərlik tərbiyəsi” – Nicat Sadıqov (“Mərkəz” qəzeti), “Gənc ailənin problemləri” – Araz Pənahov (“Ağsu” qəzeti), “Uşaq problemləri” – Faiq Ələkbərov (“Paritet” qəzeti), “Mədəniyyət və incəsənət” - Nigar Orucova (“Azadlıq” qəzeti), “İdman” – Qabil Mehdiyev (“İdman” qəzeti), “Turizm” – Pərvanə Sultanova (“İki sahil” qəzeti), “Elm və təhsil” – Azadə Balayeva (“525-ci qəzet”), “İqtisadiyyat” – Orxan Abbasov (”İqtisadiyyat” qəzeti), “Bölgələrin sosial-iqtisadi inkişaf problemləri” – Mehman Xəlilov (“Qəbələ” qəzeti).
Jurnalistlər Birliyi sədrinin müavini Valid Sənani diplom və pul mükafatları qaliblərə təqdim edərək, onlara yeni yaradıcılıq uğurları arzuladı.