Gəncə Dövlət Universitetində “Elmi axtarışların təşkili” mövzusunda ustad dərsi olub
Gəncə, 26 fevral, Elcan Məmmədov, AZƏRTAC
Avrasiya Texnologiya Universitetinin müəllimi, pedaqoji elmlər doktoru, professor Rimma Ramazanovna Masırovanın Gəncə Dövlət Universitetində (GDU) ustad dərsi təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Elmi axtarışların təşkili” mövzusuna həsr olunan ustad dərsi pedaqoji sahə üzrə keçirilib. Ustad dərsində universitetin Xarici dillər fakültəsinin “rus dili müəllimliyi” ixtisasında təhsil alan tələbələri və rus dili kafedrasının müəllim heyəti iştirak edib.
Professor Rimma Masırovanın keçdiyi dərs interaktiv formada olub.