Gəncə klubunun çimərlik voleybolu üzrə Azərbaycan çempionatında ilk çıxışı uğurlu olub
Gəncə, 6 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
“Heydər Əliyev İli” çərçivəsində təşkil olunan çimərlik voleybolu üzrə Azərbaycan çempionatında Gəncə klubunun təmsilçiləri Leyla Parşkova və Fidan Fərzullayeva cütü finala çıxıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bakı Su İdmanı Sarayında təşkil olunan final yarışında Leyla Parşkova və Fidan Fərzullayeva cütü gümüş medal qazanıb.