GƏNCƏ ÖZÜNÜN 2502 YAŞINI QEYD ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, Gəncənin 2502 yaşı tamam olmuşdur.
Şəhərin yaşının üstünə yaş gəlsə də, indi Gəncə qədimliyi ilə bərabər gəncliyinin də ən qaynar illərini yaşayır. Şəhərin tamamilə yenidən qurulması, sosial-iqtisadi və mədəni problemlərinin həlli istiqamətində atılan uğurlu addımlar qədim Gəncəyə dövlətimizin daimi diqqət və qayğısının əyani təzahürüdür.
Sentyabrın 23-də Gəncə başdan-başa bayram libasına bürünmüşdü. Şəhər sakinləri bu əziz bayramı birlikdə qeyd etmək üçün hamılıqla küçələrə çıxmışdılar. Hələ bayramdan bir neçə gün əvvəl carçılar küçə və meydanlarda insanları bayrama səsləyirdilər. Sakinlər yaşı minilliklərdən soraq verən qədim Gəncənin 2502 illiyi münasibətilə küçə və meydanlardan keçən faytonlara, dəvə karvanlarına və digər bayram tədbirlərinə həvəslə tamaşa edirdilər.
Bayram şənliyinə ümummilli liderimiz Heydər Əliyevin abidəsinin önünə əklil qoyulmaqla başlanmışdır. Şəhər ictimaiyyətinin, bayrama dəvət olunmuş xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, Milli Məclisin deputatları, ətraf rayonların icra hakimiyyətlərinin başçıları dahi şəxsiyyətin abidəsini ziyarət edərək xatirəsinə ehtiramlarını bildirdikdən sonra görkəmli sərkərdə, xalq qəhrəmanı Cavad xanın məzarını ziyarət etmiş, üzərinə tər güllər düzmüşlər.
Bayram şənliyi qədim Gəncənin qala divarları önündə davam etdirilmişdir. Burada keçirilən mitinqi Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov açaraq, gəncəlilərin bayram şənliyinə qoşulan qonaqları salamlamış və son illər aparılan yenidənqurma işlərindən danışmışdır.
Sonra Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vasili İstratov, Belarusun səfiri Nikolay Pastkeviç, Türkiyənin səfiri Hulusi Kılıç, Dağıstan Respublikası Dərbənd şəhərinin meri Feliks Qazıəhmədov və başqaları çıxış edərək, tarixi gün münasibətilə gəncəliləri təbrik etmiş və xoş arzularını bildirmişlər.
Mərasim iştirakçıları qala ətrafında təşkil olunmuş Gəncənin 2500 il əvvəlki həyatını xatırladan görüntülərlə - qədim Azərbaycan döyüşçüləri, şəhərin məişət həyatı, bazar və dükanları ilə tanış olduqdan sonra “Qoşa şir” abidəsi önündə mitinq keçirilmişdir. Çıxış edənlər milli-mənəvi dəyərlərimizə göstərilən diqqət və qayğıdan danışmışlar.Şəhərin incəsənət ustaları mərasim iştirakçıları qarşısında rəngarəng proqramla çıxış etmişlər.
Bayram şənliyi şəhərin baş meydanında keçirilən hərbi paradla davam etdirilmişdir. Paraddan sonra Gəncə Olimpiya-İdman Kompleksində 2-ci Gəncə Beynəlxalq İnfrastruktur Sərgisinin açılışı olmuşdur.
Rəmzi qırmızı lent kəsildikdən sonra iştirakçılar pavilyonları gəzmiş, bölgədə istehsal olunan məhsulların sərgisinə tamaşa etmişlər.
Daha sonra bayram şənlikləri dahi söz ustası Nizami Gəncəvinin məqbərəsi önündə keçirilən poeziya dəqiqələri ilə müşayiət olunmuşdur. Tanınmış şair və yazıçıların çıxışından sonra mərasim iştirakçıları N.Gəncəvinin məzarını ziyarət etmişlər. Burada qonaqlara dahi Azərbaycan şairi haqqında ətraflı məlumat verildikdən sonra bayram tədbiri görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin ev-muzeyində davam etdirilmişdir.
Şəhərin tanınmış incəsənət ustalarının çıxışı ilə başa çatan şənliyin iştirakçıları daha sonra şəhərin mərkəzi meydanına gəlmiş və burada Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Gəncənin 2502 illiyi münasibətilə səmaya buraxdığı hava şarına tamaşa etmişlər.
Gəncənin 2502 illiyi ilə əlaqədar bayram şənlikləri davam edir.
######
![]() |
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib
- 16.06.2026 [23:43]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:48]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [22:27]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:40]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [21:30]
Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub
- 16.06.2026 [21:20]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [21:17]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [21:06]
Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir
- 16.06.2026 [21:04]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:13]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [20:04]
Bu saata olan əsas xəbərlər
- 16.06.2026 [20:00]
Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək
- 16.06.2026 [19:44]
Tovuzda 22 yaşlı oğlan çayda batıb
- 16.06.2026 [19:36]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [19:15]
Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər
- 16.06.2026 [18:47]
Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir
- 16.06.2026 [18:33]
Baş icraçı direktor: Qlobal halal şəbəkəsinin yaradılması çox vacibdir
- 16.06.2026 [18:32]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:28]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 16.06.2026 [18:26]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [18:07]
Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib
- 16.06.2026 [18:05]
Həm sakinlər güvəndə, həm heyvanlar - Oğuzun “Yuva” sığınacağından reportaj
- 16.06.2026 [17:55]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [17:46]
Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir
- 16.06.2026 [17:42]
Zaur Əliyev: 10 ildə aqrar sektorda 37,8 faiz artım olub
- 16.06.2026 [17:41]
Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək
- 16.06.2026 [17:35]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:29]
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
- 16.06.2026 [17:26]
Erməni dərsliklərində nifrət dilinin təbliği ciddi narahatlıq doğurur RƏY
- 16.06.2026 [17:13]
Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb
- 16.06.2026 [17:10]
“Mediada Azərbaycan dili” proqramının yekun mərhələsi təşkil olunub
- 16.06.2026 [17:05]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:04]
“ACWA Power”: Enerji sektorunda ölkələr üçün vahid model yoxdur
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [17:01]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:57]


