Gəncədə Daxili Qoşunların hərbçiləri polislə birlikdə xüsusi karantin rejiminə nəzarət edirlər
Bakı, 5 aprel, AZƏRTAC
Gəncə şəhərində xüsusi karantin rejiminin tələbləri ilə bağlı vətəndaşların evdən çıxmasına tətbiq olunan məhdudiyyətlər yüksək səviyyədə təşkil edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Daxili Qoşunların hərbçiləri ilə birlikdə Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları xüsusi karantin rejiminin tələblərinin icrasına tam nəzarət edirlər.