GƏNCƏDƏ GƏNCLƏR TƏŞKİLATLARININ 3-CÜ RESPUBLİKA SƏRGİSİ AÇILMIŞDIR
Gəncə 8 iyul (AZƏRTAC). İyulun 8-də Gənclər və İdman Nazirliyi tərəfindən Gəncədə gənclər təşkilatlarının III respublika sərgisinin açılışı olmuşdur.
Respublika Prezidenti İlham Əliyevin 2005-ci il avqustun 30-da imzaladığı “Azərbaycan gəncliyi Dövlət Proqramı” çərçivəsində təşkil olunmuş sərginin açılış mərasimində çıxış edən nazir müavini İntiqam Babayev demişdir ki, belə bir sərginin ilk dəfə Gəncədə keçirilməsində əsas məqsəd regionlarda yaşayan gəncləri ictimai fəaliyyətə cəlb etmək, gənclər təşkilatlarının fəaliyyəti haqqında onları məlumatlandırmaq və belə qurumların fəaliyyətinin genişləndirilməsini stimullaşdırmaqdır.
Bakı, Gəncə, Sumqayıt, Mingəçevir şəhərlərinin, Lənkəran, Şəki, Şəmkir, Bərdə, İsmayıllı, Zərdab, Göyçay, Quba, Samux, Abşeron və digər şəhər və rayonlarda fəaliyyət göstərən 60-a yaxın gənclər təşkilatlarının qatıldığı sərgidə əl işləri və fəaliyyət proqramları nümayiş etdirilir. Həmin gün Gəncədə yay mösümü ərzində yeniyetmələrin asudə vaxtlarının təşkili ilə əlaqədar məhəllələrarası “Sevinc” kuboku uğrunda mini futbol yarışlarına da start verilmişdir. Bir ay ərzində davam edəcək yarışlarda 80-dən artıq məhəllə və klub komandası iştirak edəcəkdir.
######
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]

