Gəncədə Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
Gəncə, 8 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə Ekoloji Park Kompleksində ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşları, Türkiyənin Gəncədəki vitse-konsulu, Gürcüstanın Gəncədəki Baş konsulu, deputatlar, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin şəhid ailələri iştirak ediblər.