GƏNCLƏR, İDMAN VƏ TURİZM NAZİRLİYİ 20 YANVARA HƏSR OLUNMUŞ TƏDBİRLƏR PLANI HAZIRLAMIŞDIR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, gənclər təşkilatlarının nümayəndələri şəhər və bölgələrdəki Şəhidlər xiyabanlarında abadlıq işləri aparacaq, “20 Yanvar faciəsi xalqımızın yaddaşındadır” mövzusunda ədəbi-bədii gecələr keçirəcəklər. Orta məktəblərdə inşa müsabiqələri və uşaq rəsmləri sərgiləri təşkil ediləcəkdir.
20 Yanvar ərəfəsində şəhid, idman ustası Müşfiq İsayevin xatirəsinə həsr edilmiş sərbəst güləş üzrə beynəlxalq turnir, respublika kunq-fu turniri, habelə nazirliyin İranın ölkəmizdəki səfirliyi, bu ölkənin “Fəcr” velosiped klubu və respublika Velosiped İdmanı Federasiyası ilə birlikdə təşkil etdiyi beynəlxalq velosiped yürüşü keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [19:20]
Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib
- 08.10.2026 [19:18]
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
- 08.10.2026 [17:56]
Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL
- 08.10.2026 [17:43]
Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni
- 08.10.2026 [17:33]