GƏNCLƏR TARİXİMİZİ UNUTMAMALIDIR
Konfrans iştirakçıları – ölkəmizin gənclər təşkilatlarının nümayəndələri və məktəblilər erməni millətçilərinin zaman-zaman xalqımıza qarşı törətdikləri soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Gənclər, idman və turizm nazirinin müavini İntiqam Babayev, GYF-nin sədri Nədim Qaya və tarixçi alimlər çıxışlarında unutqanlığın faciələrə gətirib çıxardığını və gənclərin tariximizi öyrənmələrinin zəruriliyini bildirmişlər. Natiqlər vurğulamışlar ki, daşnakların və onların bolşevik himayədarlarının XX əsrin əvvəllərində dinc azərbaycanlı əhalini kütləvi surətdə qırmaları faktlarının sovet dövründə ört-basdır edilməsi ona gətirib çıxarmışdır ki, millətimizin bütöv bir nəsli öz tarixinin faciəli səhifələrindən xəbərsiz olmuşdur. Bu faktların unudulması azərbaycanlıların Ermənistandan deportasiya edilməsi, Dağlıq Qarabağda öz doğma ocaqlarından didərgin salınması və müasir bəşəriyyətə ləkə gətirən dəhşətli vəhşi aksiyanın - Xocalı soyqırımının törədilməsi kimi yeni faciələrin təkrarlanmasına səbəb olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]