ELM VƏ TƏHSİL
“GENDER TƏDQİQATLARININ ƏSASLARI” MODULU ÜZRƏ TRENİNQ KEÇİRİLMİŞDİR
Mərkəzin rəhbəri Lidiya Rəsulova bu qurumun fəaliyyətindən danışmış, hazırlanmış tədris proqramlarının Respublika Təhsil Nazirliyi tərəfindən təsdiq olunub, ali məktəblərə göndərildiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, gender komponenti tədris olunan əksər fənlərə inteqrasiya edilmişdir ki, bu da gənclərimizdə gender şüurunun formalaşmasına imkan yaratmışdır.
Məşğələdə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Fəridə Məmmədova müəllifi olduğu “Azərbaycan tarixində gender aspekti” mühazirə kursu və tədris proqramı barədə məlumat vermişdir. O, tarixi özül və nəticələri gender problemləri prizmasından yenidən nəzərdən keçirməyin vacibliyini vurğulamışdır. Bildirmişdir ki, tarixdə qadın məsələsinin öyrənilməsindən məqsəd hər iki cinsi əhatə edən bütöv tarix haqqında təsəvvür formalaşdırmaqdır.
“Xəzər” Universitetinin müəllimi Elşad Miri Quranın əxlaqi dəyərlərində qadına münasibətdən danışmışdır.
Sonda iştirakçılara sertifikartlar təqdim olunmuşdur.