GİMNASTLARIMIZ OMSKDAN BEŞ MEDALLA QAYITMIŞLAR
Azərbaycan gimnastları Rusiyanın Omsk şəhərində Q.Qorenkova adına beynəlxalq turnirdə beş medal - 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanmışlar. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, lentlə təmrinlərin finalında Dinara Gimatova 24,65 balla birinci yeri tutmuşdur.
Topla final yarışında Anna Qurbanova 25,15 bal toplayaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. Dünya kuboku finalının iştirakçısı çənbərlə təmrinlərin finalında ikinci (25,25 bal) və gürzlə təmrinlərdə üçüncü (25,00 bal) nəticə göstərmişdir. Qurbanova şəxsi çoxnövçülük yarışlarında 98,9 balla ikinci yerə layiq görülmüşdür. Birinci yeri rusiyalı Svetlana Putinseva, üçüncü yeri isə onun həmyerlisi Aliyə Qarayeva tutmuşlar. Gimatova 94,25 balla altıncı olmuşdur.
Xatırladaq ki, dekabrın 17-19-da Bakıda, “ABU Arena” idman kompleksində bədii gimnastika üzrə Azərbaycan birinciliyi keçiriləcəkdir. Başa çatmaqda olan bu ilin yekun turnirinin sonunda qala-konsert təşkil ediləcək və konsertdə Dinara Gimatova və Anna Qurbanova xüsusi hazırlanmış nümunəvi nömrələr göstərəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]
Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır
- 29.09.2026 [11:23]
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
- 29.09.2026 [11:02]
“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub
- 29.09.2026 [10:21]
Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək
- 29.09.2026 [03:17]
Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [21:15]
Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
- 28.09.2026 [20:14]