Gimnaziada: Azərbaycanın üç idman gimnastı final mərhələsində çıxışını başa vurub
Novi Sad, 7 aprel, Cavid Əliyev, AZƏRTAC
Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında idman gimnastikası yarışları başa çatıb.
AZƏRTAC xəbər verir ki, Novi Sad şəhərində təşkil edilən yarışda Azərbaycanın üç təmsilçisi final mərhələsində mübarizə aparıb. Leyla Məmmədzadə dayaqla tullanmada (11.950 xal) 5-ci, sərbəst hərəkətlərdə (10.466 xal) 7-ci olub.
Aynaz Məcidzadə müxtəlif hündürlük qollarda 8-ci yerə sahib çıxıb - 5.900 xal.
Digər gimnastımız Albina Aliyeva dayaqlı tullanmada 11.583 xal yığıb və 8-ci yeri tutub.