Gömrük Komitəsi keçən ay büdcəyə 310,6 milyon manat köçürüb
Bakı, 10 mart, AZƏRTAC
Cari ilin fevralında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 310 milyon 667,2 min manat olub.
Komitədən AZƏRTAC-a bildirilib ki, ötən ay gömrük rüsumları üzrə büdcə daxilolmaları 81 milyon 707,7 min manat, əlavə dəyər vergisi üzrə 214 milyon 811,4 min manat, aksizlər üzrə 11 milyon 138,1 min manat, yol vergisi üzrə isə 3 milyon 10 min manat təşkil edib.
Xatırladaq ki, yanvarda komitənin dövlət büdcəsinə daxilolmaları 282 milyon 736,5 min manat olmuşdu.