GORANBOYDA QURUCULUQ İŞLƏRİ APARILIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Goranboy rayonunun Dəliməmmədli qəsəbəsində yaşayan 5 mindən çox sakinin sosial-məişət problemləri daim diqqət mərkəzində saxlanılır. Son aylar qəsəbədə geniş abadlıq və quruculuq işləri aparılmış, köhnə və yöndəmsiz köşklər müasir ticarət obyektləri ilə əvəzlənmişdir. Qəsəbədəki 60 çarpayılıq xəstəxana binası əsaslı təmirdən sonra istifadəyə verilmiş, burada əlavə tikililər hesabına yeni poliklinika fəaliyyət göstərməyə başlamışdır.