REGİONLAR
Göyçayda baş verən qəzada 3 nəfər ölüb VİDEO



Göyçay, 4 mart, Rəşad Türkoğlu, AZƏRTAC
Göyçay-Ucar avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə gecə saatlarında Göyçayın Müskürlü kəndi yaxınlığında qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan minik avtomobili yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü Xəqani Bağırov, eləcə də avtomobildə olan sərnişinlər Asif Gülməmmədov və Elçin Əsgərov hadisə yerində ölüblər.
Xəsarət alan bir sərnişin isə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı cinayət işi başlanıb.