GÖYÇAYDA NAR YIĞIMI BAŞLANMIŞDIR
Göyçay, 14 oktyabr (AZƏRTAC). Göyçay rayonunun bağbanları bu il nar ağaclarına yüksək aqrotexniki xidmət göstərmiş, bol məhsulun yetişdirilməsinə nail olmuşlar. Artıq bir neçə gündür ki, rayonda nar yığımına başlanılmışdır. Tədarük olunan məhsul seçilərək yerli ticarət mərkəzlərinə, xarici bazarlara göndərilir.
Rayonun bir neçə kəndində müxtəlif emal müəssisələrinin nar qəbulu məntəqəsi yaradılmışdır. Bu məntəqələrə toplanılan meyvə “Göyçay-Konserv”, “Göyçay-Süd”, “AzNar” açıq səhmdar cəmiyyətlərinə, “Garnet” MMC-nin Göyçay Şirə Zavoduna, eləcə də “Gilan” Holdinqin Qəbələ Konserv Zavoduna göndərilir.
Mütəxəssislərin qənaətinə görə, bu il Bığır, Qarabaqqal, Hacalıkənd, Qaraməryəm, Şəhadət, Çayarxı və Mirzəhüseynli kəndlərində əvvəlki ildəkindən daha bol məhsul gözlənilir.
Son iki ildə Göyçayda 1.500 hektardan artıq yeni nar bağı salınmışdır. Ötən il rayonda 30 min tona yaxın nar istehsal olunmuşdur. Keçən il narçılıqla məşğul olan rayon əhalisinin büdcəsinə 5 milyon manatdan artıq vəsait daxil olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]