Göygöl rayonundan Türkiyəyə humanitar yardım yola salınıb
Gəncə, 11 fevral, Elcan Məmmədov, AZƏRTAC
Türkiyədə baş verən güclü zəlzələ nəticəsində zəzərçəkənlərə Göygöl rayonundan da humanitar yardım göndərilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, göndərilən humanitar yardımlar fevralın 11-də Gəncə şəhərində təyin olunmuş məntəqəyə təhvil verilib.
Humanitar yardıma qida məhsulları, qış geyimləri, generatorlar, qızdırıcılar, çadır, ərzaq, dərman ləvazimatları və s. daxildir.
Qardaş Türkiyə Respublikasına yola salmaq üçün ölkəmizin bütün bölgələrindən humanitar yardımların göndərilməsi davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [14:49]
Babək rayonunda üçəm dünyaya gəlib
- 12.10.2026 [12:01]
Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib
- 12.10.2026 [11:55]
Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 11,5 faiz artıb
- 12.10.2026 [11:46]