CƏMİYYƏT
Göygöldə təşkil olunan şənlik mərasimində pandemiya dövrünün tələbləri pozulub
Bakı, 13 oktyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində aidiyyəti dövlət orqanları ilə birgə reydləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Göygöl şəhərinin İqaf Verdiyev küçəsində Məmmədov Şaiq Tapdıq oğluna məxsus “Röyal” şadlıq sarayına keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu müəyyən olunub.
Pandemiya dövrünün tələblərinə uyğun şəkildə masalararası məsafənin gözlənilmədiyi, eyni masa ətrafında əyləşən qonaqların sayının müəyyən edilmiş normadan artıq olduğu aşkarlanıb.
Aşkar olunmuş pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.