“GÖZƏLLİKLƏR ŞƏHƏRİ” ADLI SƏRGİ AÇILMIŞDIR
Məktəbdən AZƏRTAC-a verilən məlumata görə, tədbirin açılışında Bülbül adına OİMM-in direktoru, fəlsəfə elmləri doktoru Nigar Cərullaqızı Mikayıl Müşfiq adına 18 saylı orta məktəbin müəllimi Firəngiz Aşumovanın yaradıcılığından danışmışdır. Bakı Dövlət Universitetinin dosenti, filologiya elmləri namizədi Leyla Gərayzadə, OİMM direktorunun müavini Sona İbrahimova, fortepiano şöbəsinin müdiri Elmira Mustafayeva, nəzəriyyə şöbəsinin müdiri Tamara Abbasova, valideynlər F.Aşumovanın istedadından, insani keyfiyyətlərindən söz açmışlar. F.Aşumovanın düyüdən, günəbaxan tumlarından, un məmulatlarından hazırladığı əsərlər sərgi iştirakçılarında böyük maraq doğurmuşdur.